...

Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilməsi planlaşdırılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2006 11:09 (UTC +04:00)

Oktyabrın 13-də Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilməsi planlaşdırılıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinq ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında keçiriləcək.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Jiri Aberle keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Günter Folk, Miroslav Vimetal və Piter Ki keçirəcək.

Xəbər lenti

Xəbər lenti