...

Millət vəkili Həvva Məmmədova: "Müxtəlif ölkələrdə yaşayan Qarabağ əsilli azərbaycanlıların təşkilatlanmasının vaxtı çatıb"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Oktyabr 2006 12:36 (UTC +04:00)

"Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətinin əsas istiqamətlərindən biri də müxtəlif ölkələrə getmiş Qarabağ əsilli insanlarla əlaqələr qurmaq, onların fəaliyyətini həmin ölkələrdə Qarabağ probleminin qaldırılımasına yönəltməkdir". Bu fikirləri Trend ə açıqlamasında Xankəndi seçki dairəsindən deputat seçilmiş Milli Məclisin üvzü Həvva Məmmədova bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağın azərbaycanlı icması ictimai qurum kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

"Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin təsisçilərindən biri olan Həvva Məmmədova deyib ki, münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesi çərçivəsində gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyənləşməsində bizim icmamız da iştirak etməlidir. O əlavə edib ki, icma xaricdə yaşayan Qarabağ əsilli azərbaycanlılarla da əlaqələr qurulmasına və onların təşkilatlanmasına çalışmalıdır: "Hər hansı bir ölkədə 3 erməni yaşayırsa, onlar birləşib öz təşkilatlarını yaradırlar. Artıq çoxdan vaxtı çatıb ki, bizim də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz təşkilatlanaraq Qarabağla bağlı problemlərin qaldırılmasına çalışsınlar. Dağlıq Qarabağda doğulmuş, yaşamış soydaşlarımız şəxsən özləri təcavüzə məruz qalmış insanlar kimi bu problemi yaşadıqları ölkələrin ictimaiyyətinə və dövlət strukturlarına çatdırmalıdırlar"-deyə millət vəkili vurğulayıb.

Xəbər lenti

Xəbər lenti