...

Ermənilər Tərtərin qabağını açdığına görə, çayda suyun səviyyəsi xeyli artıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Noyabr 2006 15:43 (UTC +04:00)

Artıq bir neçə ay idi ki, ermənilər Sərsəng su anbarından Tərtər çayının qarşısını bağlamışdı. Son günlər isə onlar suyun qarşısını açdığından çayın səviyəsi xeyli artıb. Bərdə şəhər 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin tənzimləmə və ətraf mühitin istifadəsi sektorunun məsləhətçisi Əliabbas Nağıyev bildirib ki, düşmən çayın qarşısını yaz və yay aylarında əkin-biçin başlayanda bağlayıb və nəticədə yaxın ərazilərində yaşayan kənd sakinləri təsərrüfat işləri ilə məşğul ola bilməyib.

Ermənilərin Tərtər çayının qarşısını indi açmasının səbəbini isə Ə. Nağıyev çayın üzərində yerləşən Sərsəng su anbarında suyun hədddən çox artması ilə izah edib.

Xəbər lenti

Xəbər lenti