"QİƏT PA Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında mühüm rol oynaya bilər". Trend in xəbər verdiyi kimi, bu barədə Bakıda jurnalistlərə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Mədəniyyət, Təhsil və Sosial məsələlər üzrə Komitəsinin sədri, Türkiyə parlamentinin deputatı Əli Temur bəyan edib.
Onun sözlərinə görə, Türkiyə Parlamentinin QİƏT PA-dakı nümayəndələri Dağlıq Qarabağ məsələsini həmişə diqqət mərkəzində saxlayır və bu istiqamətdə səy göstərir.
Yaxın gələcəkdə Qara dəniz regionu dünyanı enerji ehtiyatları ilə təmin edən enerji mərkəzinə çevriləcək və regionda sülh və sabitliyin bərqərar olması çox vacibdir", - deyə deputat hesab edir.