...

BQXK: Erməni əsirliyində olan Azərbaycan əsgərinin geri qaytarılması əməliyyatı Ağdam rayonundakı təmas xəttində həyata keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Dekabr 2006 14:17 (UTC +04:00)

Dekabrın 23-də erməni əsirliyində olan Azərbaycan əsgəri Vüsal Qaracayevin geri qaytarılması əməliyyatı Ağdam rayonu ərazisindəki təmas xəttində həyata keçirilib. Bu barədə Trend ə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.

Dekabrın 7-dən 23-dək Dağlıq Qarabağda saxlanılan azərbaycanlı hərbi qulluqçu Komitənin himayəsi altında Azərbaycanın müvafiq hakimiyyət orqanlarına təhvil verilib. Əməliyyat təmas xəttində Azərbaycan Respublikasının Ağdam rayonunun ərazisində həyata keçirilib.

Neytral vasitəçi kimi iştirak edən BQXK öz mandatına uyğun olaraq azad olunmuş hərbi qulluqçunun qaytarılmasını bütün tərəflərin müraciətinə əsasən və onların tam əməkdaşlığı şəraitində həyata keçirib.

Təhvil vermə əməliyyatından əvvəl BQXK-nın nümayəndələri geri qayıtmaq arzusunda olduğunu təsdiqləmək üçün saxlanılan şəxslə görüşüb.

Xəbər lenti

Xəbər lenti