...

Cəbhə xəttində torpaq sədləri endiyi üçün sakinlər hər an erməni gülləsinə tuş gələ bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Dekabr 2006 16:16 (UTC +04:00)

Qoşunların təmas xəttindən cəmi 200-250 metr aralıda yerləşən Tərtər rayonunun Qapanlı kəndində 6 il bundan öncə erməni gülləsindən qorunmaq üçün bir neçə metr uzunluğunda çəkilən torpaq səddinin hündürlüyü xeyli aşağı düşüb. Trend in bölgə müxbiri xəbər verir ki, kənd sakinləri bildirir ki, çəkilən torpaq səddi yağan yağış və qar nəticəsində enib. Bu isə təhlükəli vəziyyət yaradır. Çünki Ermənistan Silahlı Qüvvələri atəşkəsi intensiv surətdə pozduğundan düşmən gülləsi hər an kənd sakinlərinə dəyə bilər.

Kənd camaatı onu da qeyd edir ki, bir il bundan öncə Qapanlı ilə üzbəüz mövqedə yerləşib işğal altında olan Seyidsuvan kəndində erməni ordusunun tikdiyi müşahidə postu vəziyyəti daha da ağırlaşdırıb. Odur ki, torpaq səddinin hündürlüyünü əvvəlki vəziyyətdən daha da çoxaltmaq lazımdır ki, ermənilərin inşa etdikləri müşahidə postu kəndi görməsin. Bunun üçün də mütləq zirehli texnikalardan istifadə etmək lazımdır ki, düşmənin müxtəlif növ silahlardan açdığı atəşə tab gətirmək mümkün olsun. Bunun üçün də kənd sakinləri əlaqədar orqanlardan kömək istəyir.

Xəbər lenti

Xəbər lenti