...

Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2007 12:58 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyində Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Vardan Oskanyanın görüşü başlayıb. Bu barədə Trend ə Azərbaycanın Rusiyadakı səfirliyindən bildiriblər.

Görüşdə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Minsk qurpu (Rusiya, Fransa, ABŞ) həmsədrləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi Anjey Kaspşik iştrak edir. Müəyyən mərhələdə danışıqlarda Rusiya XİN rəhbəri Sergey Lavrovun da iştirakı gözlənilir.

Xatırladaq ki, bu görüş ərəfəsində ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə işguzar görüşü keçirilib.

Xəbər lenti

Xəbər lenti