...

Erməni hərbiçiləri əkin sahəsində işləyən dinc sakinlərə də atəş açır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Yanvar 2007 17:19 (UTC +04:00)

Qoşunların təmas xəttinə yaxın ərazidə yerləşən Ağdam rayon Çıraqlı kənd sakinləri təsərrüfat işləri ilə məşğul ola bilmir. Trend in bölgə müxbiri xəbər verir ki, buna səbəb əkin üçün yararlı torpaq sahələrinin Ermənistan Silahlı Qüvvələrinin müşahidə postuna yaxın ərazidə yerləşməsildir.

Kənd camaatı sahədə əkin-biçin ilə məşğul olarkən erməni hərbi birləşmələri tərəfindən atəşə məruz qalır. Sakinlərin sözlərinə görə, erməni hərbiçiləri atəşkəi son günlər tez-tez pozur. Atəşkəsin pozulan vaxt isə əsasən axşam saatlarıdır. Təsərrüfat işləri ilə məşğul ola bilməyən sakinlər kənd təsərrüfatı mallarını bazarlardan almalı olurlar. Ermənistan Silahlı Qüvvələri hətta kənd sakinlərinin mal-qarasına da atəş açır.

Xəbər lenti

Xəbər lenti