...

Bu gün Azərbaycan və Ermənistanın AŞ PA-dakı nümayəndə heyətləri arasında görüş keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Yanvar 2007 11:03 (UTC +04:00)

Bu gün Bakı vaxtı ilə günorta saatlarında Strasbuqda Azərbaycan və Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətləri arasında görüş keçiriləcək.

Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Abbasov məlumat verib.

Onun sözlərinə görə, bu görüş AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsi çərçivəsində keçiriləcək.

"Görüşdə Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitənin sədri lord Rassel Conston da iştirak edəcək. Orada Dağlıq Qarabağ problemi, AŞ PA-nın münaqişə ilə bağlı qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməməsinin səbəbləri və digər məsələlər müzakirə olunacaq" - deyə A.Abbasov vurğulayıb.

Xatırladaq ki, AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 2005-ci ilin yanvarında qəbul etdiyi qətnamədə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüşlərin keçirilməsi tövsiyə olunur. Rəsmi Bakı isə belə görüşlərin baş tutmasında maraqlı olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti