...

Ermənistan silahlıları yenə də Azərbaycanın işğal olunmuş ərazilərində hərbi texnikanın yerini dəyişəcəklər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Fevral 2007 15:33 (UTC +04:00)

Bir gün əvvəl axşam Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın hərbi texnikasının yerinin dəyişdirilməsi halı qeydə alınıb. Trend in Qarabağ bürosundan verilən xəbərə görə, yerdəyişməni yerli sakinlər axşam təxminən saat 21.00-22.00 arası işğal altında olan Cəbrayıl rayonunun Lələ-təpə ərazisində müşahidə ediblər.

Lələ-təpədə hərbi texnikanın bu cür yerdəyişməsi yerli sakinlər tərəfindən təxminən 10 gün əvvəl də müşahidə olunub.

Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətində bu informasiyaya dair şərh verməkdən imtina ediblər.

Xəbər lenti

Xəbər lenti