ATƏT təmsilçisi Dağlıq Qarabağ münaqişəsi tərəflərini təmas xəttində sabitliyi qorumağa çağırır

ATƏT katibinin xüsusi nümayəndəsi Jozef Borel (Josep Borrell) cümə günü Vyanada Dağlıq Qarabağ münaqişəsi tərəflərinin indiyə qədər həmsədrlərin dəstəyi ilə danışıqlar prosesində qazanılmış impulsu saxlayacağına ümid etdiyini bildirib. Bu barədə ATƏT-n pres-relizində göstərilib.
"ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişə tərəflərindəki gərginliyi azaltmaq üçün öz imkanlarını ortaya qoyublar",-deyə Borel Minsk Qrupu həmsədrləri ilə görüşdən sonra bildirib.
Borel həmçinin tərəflərin danışıqlarda nail olunmuş irəliləyişləri dəstəkləyəcəyinə ümid etdiyini bildirib. "Mən tərəfləri bir-birbni təmas xətti ətrafında vəziyyətin stabil qalması və insan itkisinə səbəb olan halların baş verməməsinə inandırmağa çağırıram",-deyə o əlavə edib.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq