...

BMT Azərbaycan məcburi köçkünlərinin vəziyyəti ilə bağlı hesabat hazırlayacaq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 Aprel 2007 15:23 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/BMT baş katibinin köçkünlərin hüquqları ilə bağlı nümayəndəsi Valter Kalin Azərbaycana hazırki səfəri çərçivəsində Azərbaycanın məcburi köçkünlərinin vəziyyəti haqqında hesabat hazırlayacaq. BMT-nin Bakı nümayəndəliyindən bazar ertəsi günü verilən məlumata əsasən, səfər çərçivəsində BMT-nin yüksək vəzifəli diplomatı Azərbaycan hökumətinin baş naziri, qaçqın və məcburi köçkünlər üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, təhsil naziri Misir Mərdanov və səhiyyə naziri Oqtay Şirəliyevlə görüşəcək.

Səfər zamanı Kalin Sabirabad, İmişli, Biləsuvar rayonlarında məcburi köçkünlərə baş çəkməyi planlaşdırır. Cümə gününə XİN rəhbəri Elmar Məmmədyarovla görüş, həmçinin səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti