...

Ermənilər su kanalının qarşısını kəsiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 Aprel 2007 13:40 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal altında olan Mirzəbəyli kanalının qarşısını kəsdiyindən, azərbaycanlıların yaşadığı Ağcabədi rayonunun Qaraxanlı kəndinin əzaisindəki üç su anbarının suyu quruyub. Bu barədə cümə günü Ağcabədi rayon Suvarma Sistemi İdarəsinin rəisi Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, yaranan problemlə bağlı aidiyyatı orqanlara məlumat verilib. Əliyev hesab edir ki, problemin aradan qaldırılması üçün Qaraxanlı kənd ərazisində beş artezian quyusu qazılmalıdır.

Ərazidə su qıtlığı yarandığından, Qaraxanlı kənd sakinləri kənd təsərrüfatı işi ilə məşğul ola bilmirlər.

Xəbər lenti

Xəbər lenti