...

Azərbaycanın Goranboy rayonunda monitorinq keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Aprel 2007 10:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sabah Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçiriləcək. Bu barədə cümə axşamı Trend ə Müdafiə Nazirliyindən məlumat verilib.

Monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşik, onun səhra köməkçiləri Piter Ki və Jaslan Nurtazin keçirəcəklər.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Miroslav Vimetal keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti