...

Qarabağ Azadlıq Təşkilatı: "Minsk qrupunun təklifləri Azərbaycanın Qarabağı itirməsi deməkdir"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 May 2007 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Qarabağ Azadlıq Təşkilatı (QAT) hesab edir ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin irəli sürdüyü və Azərbaycan hakimiyyətinin razılaşdığı təkliflərə görə, Dağlıq Qarabağın ətrafındakı rayonlardan yalnız beşi (o da çox ağır şərtlərlə) azad olunur, iki rayonun taleyi qeyri-müəyyən qalır, Dağlıq Qarabağ isə həmişəlik itirilir. Bu barədə bazar ertəsi Qarabağ Azadlıq Təşkilatının yaydığı bəyanatda bildirilir.

QAT-ın bəyanatında qeyd olunur ki, bölgəyə gətirilməsi nəzərdə tutulan sülhməramlı qüvvələrin üzərinə isə Azərbaycan hakimiyyəti və ordusunun Dağlıq Qarabağa hər hansı müdaxiləsinin qarşısının alınması və Dağlıq Qarabağda işğalçı Ermənistanın yaratdığı qondarma rejimin tam sərbəst mövcudluğunun təmin edilməsi vəzifələri qoyulur.

QAT hesab edir ki, iqtidar Azərbaycan xalqı və dövlətinə qarşı hazırlanmış xəyanətkar və məkrli planın həyata keçirilməsində iştirak etməməli, işğalçı Ermənistanın maraqlarına uyğunlaşdırılmış danışıqları dərhal dayandırmalı, Minsk qrupunun vasitəçiliyindən imtina etməlidir.

Xatırladaq ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

QAT Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 2000-ci ildə Bakıda yaradılıb. Tarix elmləri namizədi, dosent Akif Nağının sədrlik etdiyi təşkilat öz sıralarında Azərbaycanın tanınmış ziyalıları, qaçqın və məcburi köçkünləri, gənclər, keçmiş döyüşçülər, ehtiyatda olan yüksək rütbəli zabitlər olmaqla 10 min nəfəri birləşdirir.

Xəbər lenti

Xəbər lenti