...

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri: "Yerevandakı danışıqlarda müəyyən tərəqqi əldə olunub"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2007 12:56 (UTC +04:00)
ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri: "Yerevandakı danışıqlarda müəyyən tərəqqi əldə olunub"

. Yerevanda aparılan danışıqlarda müəyyən tərəqqi əldə olunub. "Novosti-Armeniya" agentliyinin məlumatına görə, bu sözləri cümə axşamı Ermənistan paytaxtında keçirilən yekun brifinqində ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov deyib.

"Səfər zamanı ATƏT-in Minsk qrupu həmsədrlərinin Qarabağ nizamlanmasının baza prinsiplərinə dair hazırladıqları işçi sənədlə bağlı müzakirələr davam etdirilib" - deyə rusiyalı diplomat vurğulayıb.

Merzlyakov həmçinin ümidvar olduğunu bildirib ki, proses Bakıdakı danışıqlarda da davam etdiriləcək. Həmsədr qeyd edib ki, dəyişikliklərə səbəb olan heç bir yeni prinsip, yaxud qlobal təkliflər yoxdur.

"Ən azı son 1,5 il ərzində belə bir yenilik olmayıb və ola da bilməz. Baza prinsipləri artıq müəyyən edilib. Onlar gələcəkdə əldə ediləcək razılaşmanın əsas aparıcı konstruksiyalarıdır" - deyə o qeyd edib.

Merzlyakovun sözlərinə görə, hazırda xarici işlər nazirləri arasındakı danışıqlar daha çox detallar üzərində aparılır.

"Prezidentlərdən daha böyük qlobal siyasi yanaşma gözləyirik. Tərəflər daha çox bu işi nazirlər səviyyəsində aparmağa çalışırlar. Məqsəd daha çox detalları, yaxud hansısa aspektləri öyrənib müzakirə etməkdir" - deyə rusiyalı həmsədr bildirib.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun rusiyalı və fransalı həmsədrləri mayın 23-dən Ermənistanda səfərdə olublar. Səfər çərçivəsində onlar Ermənistan prezidenti Robert Köçəryan, baş nazir Serj Sarkisyan və XİN başçısı Vardan Oskanyanla görüşüblər.

Bu gün həmsədrlər Bakıya gəlmədirlər.

Xəbər lenti

Xəbər lenti