...

Amerikalı diplomat istisna etmir ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ölkələr arasındakı münaqişənin tənzimlənməsində katalizator ola bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2007 18:55 (UTC +04:00)
Amerikalı diplomat istisna etmir ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ölkələr arasındakı münaqişənin tənzimlənməsində katalizator ola bilər

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Minsk qurpunun fransalı həmsədri Bernar Fasiye qurumun fəaliyyətinə inamsızlıqla bağlı sualı cavablandırarkən bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk qrupunun üzvü olan Fransa, Rusiya və ABŞ-dan asılı deyil. Fasiye bildirib ki, münaqişənin həlli Azərbaycan və Ermənistan rəhbərliyinin siyasi iradəsindən asılıdır. "Biz enerji və bacarığımızı sərf etməyə hazırıq, amma söhbət sizin ölkələriniz arasındakı sülhdən gedir",-deyə o söyləyib.

Amerikalı həmsədr Metyu Brayza əlavə edib ki, əgər ümidsiz hesab etsəydi, bu məsələ ilə məşğul olmazdı. "Mən sözümü havaya atmıram. Ola bilsin ki, Sankt-Peterburqda olacaq görüş münaqişənin tənzimlənməsində katalizator olacaq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti