...

Qarabağdan qayıdan ziyalıların konfransında QAT fəallarının etirazı qalmaqal yaradıb (video)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 29 İyun 2007 19:10 (UTC +04:00)
Qarabağdan qayıdan ziyalıların konfransında QAT fəallarının etirazı qalmaqal yaradıb (video)

Azərbaycan, Bakı / Trend müxbir A.İsmayılova/ Dağlıq Qarabağ və Ermənistandan səfərdən qayıtmış Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun və digər ziyalıların cümə günü Bakıda keçirdiyi mətbuat konfransında bir neçə dəfə mübahisə və qalmaqal baş verib. Səfir Bülbüloğlunun ilk çıxışı zamanı bu səfərə etirazını bildirən Qarabağ Azadlıq Təşkilatının üzvü Manaf Kərimovun müdaxiləsi tədbirin gedişatını pozub. Səfir isə QAT fəalının zaldan çıxarılmasını tapşırıb.

Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla bunun ardınca QAT üzvünə kobud şəkildə cavab verib. Konfransın gedişində QAT sədri Akif Nağının da Kamal Abdulla, sonra Polad Bülbüloğlu ilə mübahisəsi yaranıb. Mətbuat konfransı keçirilən yerə polis əməkdaşları gəlib. Polislər Akif Nağını konfrans zalından çıxarıblar.

Xəbər lenti

Xəbər lenti