Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələri iyulun 4-nə keçən gecə saat 00.45-də Ağdam rayonunun işğal olunmuş Cəvahirli kəndi sahəsində yerləşən mövqelərindən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini avtomatlardan atəşə tutublar.
Bir neçə dəqiqə davam edən atəşkəsin pozulması nəticəsində itki qeydə alınmayıb, düşmən cavab atəşi ilə susdurulub.