...

Azərbaycanın Ekologiya Nazirliyi yanğınların işğal olunmuş ərazilərə vurduğu ziyanı müəyyənləşdirib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Avqust 2007 11:47 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Ağdam rayonunun Ekologiya və təbii sərvətlər şöbəsi Ermənistan Silahlı Qüvvələri tərəfindən avqustun 1-dən 3-dək qoşunların təmas xəttində törədilən yanğınlar nəticəsində dəyən ziyanlə bağlı açıqlama yayıb.

Şöbə müdiri İnqilab Məmmədovun verdiyi məlumata görə, Ağdamın işğal olunmuş Yusifcanlı, Novruzlu, Mərzili, Qaraqaşlı, Yeddi Xırman, Şahbulaq, Bas Qərvənd kəndlərinin 16 hektar ərazisində atmosferə 867 manat (təxminən 1000 ABŞ dolları), torpağın üst qatına 17 600 manat (təxminən 20 min ABŞ dolları), bitki örtüyünə 1 760 manat (təxminən 2000 ABŞ dolları) ziyan dəyib.

Hazırda işğal olunmuş ərazilərdə yanğınlarla bağlı monitorinq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti