...

İcma rəhbəri: Dağlıq Qarabağın azərbaycanlı icması təşkilatlanma prosesini başa çatdırıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Avqust 2007 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə / Dağlıq Qarabağın azərbaycanlı icması təşkilatlanma prosesini başa çatdırıb. Bu barədə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Nizami Bəhmənov məlumat verib.

Bəhmənov qeyd edib ki, yaxın vaxtlarda icmanın maliyyə və qərargah problemi həll olunacaq. Onun sözlərinə görə, icma lazım olan texniki avadanlıqlarla təmin olunub.

"Dağlıq Qarabağın Azərbaycanlı İicması İctimai Birliyi beynəlxalq stutusa malik bir təşkilatdır. Belə bir birliyin yaradılmasında məqsəd gələcək danışıqları intensivləşdirməkdir", - deyə Bəhmənov əlavə edib.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.

Xəbər lenti

Xəbər lenti