...

Azərbaycan Müdafiə Nazirliyi: "Ermənistan hərbi bölmələri Goranboy və Ağdam istiqamətində atəşkəsi pozublar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Avqust 2007 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri Goranboy və Ağdam rayonu istiqamətində atəşkəsi pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumatda bildirilir ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 10-da saat 04.45-dən 05.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 3 km cənub-şərqində yerləşən mövqelərimizi və saat 05.30-dan 05.40-dək Ağdam rayonunun Sarıcalı kəndinin 1,5 km şimal-şərqində yerləşən mövqelərdən həmin kəndin 1,5 km cənub-şərqində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Cavab atəşi ilə düşmən susdurulub. İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti