...

Azərbaycan Milli İstiqlal Partiyası qaçqınların güzəştlərinin bərpasını təklif edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Avqust 2007 16:54 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycan Milli İstiqlalPartiyası (AMİP) Ermənistandan qaçqın düşənlərin kommunal borclarının ləğv edilməsi xahişi ilə ilə ölkə başçısına və Milli Məclisə müraciət edib. Partiyanın müraciətində 1988-ci il deportasiyasından sonra Azərbaycanda məskunlaşan 200 mindən çox insanın hələ də tam sosial reablitasiya olunmadığından və əksəriyyətinin maddi vəziyyətinin ağırlığından kommunal xərclərini ödəmək iqtidarında olmadığı və qaçqınlara şamil edilmiş bəzi güzəştlərin 2001-ci ilin yanvarında ləğv edilməsinin ciddi problemlər yaratdığı vurğulanır. AMİP qaçqınların ləğv edilmiş bir sıra güzəştlərinin bərpası, qaçqınlara güzəştli şərtlərlə, yaxud da aşağı faizlərlə uzunmüddətli kreditlərin verilməsinə imkan yaradılmasını xahiş edir

Xəbər lenti

Xəbər lenti