...

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində yaşayış evində yanğın baş verib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Avqust 2007 15:54 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend , müxbir Ş.Cəliloğlu/ Ermənistan Silahlı Qüvvələrinin cümə axşamı günorta saatlarında Azərbaycanın Tərtər rayonunun işğal altında olan Seyidsuvan kəndindən üzbəüz mövqedə olan Qapanlı kəndini atəşə tutması nəticəsində kənd sakini Musa Əliyevə məxsus həyətyanı sahə yanıb. Trend in bölgə müxbirinin sözlərinə görə, iriçaplı pulemyotlarla atəşin açılması nəticəsində Əliyevə məxsus 600 ot tayası yanıb.

Yanğının yaşayış evinə keçməməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Tərtər rayon Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gələrək yanğını söndürüblər. Hadisə zamanı xəsarət alan olmayıb.

Tərtər paytaxt Bakıdan 350 kilometr cənub-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti