...

QAT fəalları xəbərdarlıq edilərək sərbəst buraxılıblar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2007 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir S.İlhamqızı/ Ermənilərin Bakıya gəlişinə etiraz olaraq aksiya keçirməyə hazırlaşan Qarabağ Azadlıq Təşkilatının fəallarına xəbərdarlıq edərək, sərbəst buraxıblar. Bu barədə cümə günü QAT-ın sədri Akif Nağı məlumat verib.

Bu gün - sentyabrın 6-da Bakıda MDB ölkələri daxili işlər nazirlərinin toplantısı keçirilir, tədbirdə Ermənistanın naziri də iştirak edir. QAT erməni nazirin Bakıya gəlişinə etiraz edir.

Bununla əlaqədar, təşkilat üzvləri toplantının keçirildiyi "Hyat Recensy" otelinin yaxınlığında etiraz aksiyası keçirməyi planlaşdırırdı. Lakin Nərimanov rayon polis idarəsinin əməkdaşları QAT-ın ofisinə gələrək təşkilat üzvlərini polis idarəsinə aparıblar.

Polis idarəsində QAT fəalı Gültəkin Quliyevanın halı pisləşib, ona təcili yardım çağırılıb. Quliyevaya ilkin tibbi yardım göstərilib, sonra onunla bərabər bir neçə nəfər QAT üzvünü buraxıblar. İdarədə olarkən QAT fəalı Manaf Kərimov emosional vəziyyətdə əli ilə idarənin pəncərəsini sındırıb və xəsarət alıb. Bir neçə saatdan sonra isə QAT sədri Akif Nağı və digər fəalları buraxıblar.

Akif Nağının sözlərinə görə, idarədə onlara təzyiq göstəriməyib və pəncərənin sınması ilə əlaqədar cərimələməyiblər.

Xəbər lenti

Xəbər lenti