...

Azərbaycanın hakim partiyası bütün müxalifət liderlərinin prezident seçkilərində iştirakının tərəfdarıdır

Siyasət Materials 14 Sentyabr 2007 14:19 (UTC +04:00)
Azərbaycanın hakim partiyası bütün müxalifət liderlərinin prezident seçkilərində iştirakının tərəfdarıdır

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Yeni Azərbaycan Partiyası (YAP) bütün müxalifət liderlərinin prezident seçkilərində iştirakının tərəfdarıdır və ölkədə azad, demokratik seçkilərin keçirilməsi üçün həm qanunvericilik, həm də siyasi baxımdan əlverişli şərait var, Azərbaycanın hakim partiyası olan YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı cümə günü Trend ə bildirib.

"Hansı müxalifət lideri prezident seçkilərinə qatılmayacaqsa, demək o, seçkilərdə uğuruna inanmır" -Qurbanlı deyib.

Azərbaycanda prezident seçkiləri gələn il oktyabrın 15-də keçiriləcək. YAP bəyan edib ki, seçkilərdə namizədi indiki prezident İlham Əliyev olacaq. Bəzi müxalifət liderləri, o cümlədən "Azadlıq" blokuna üzv olan partiyalar seçki mühitinin dəyişmədiyi halda, prezident seçkilərini boykot edəcəklərini bildiriblər. "Azadlıq" blokunun əsas tələblərindən biri seçki komissiyalarının yenidən formalaşdırılmasıdır.

Qurbanlı bildirib ki, hansısa müxalifət liderləri ölkədə əlverişli seçki şəraitinin olmadığını iddia edərək, seçkiyə qatılmırlarsa, demək onlar əvvəlcədən məğlub olduqlarını hiss edərək özlərini sığortalamaq istəyirlər.

YAP 1992-ci ilə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti