...

"Hərbi xidmətə çağırış haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı layihə hazırlanıb

Siyasət Materials 17 Sentyabr 2007 14:40 (UTC +04:00)
"Hərbi xidmətə çağırış haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı layihə hazırlanıb

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Yeni Azərbaycan Partiyası (YAP) "Hərbi xidmətə çağırış haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı layihə hazırlayıb, bazar ertəsi Trend ə layihənin müəllifi, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

"Layihənin Milli Məclisin payız sessiyasında müzakirəsi nəzərdə tutulur" - Novruzov deyib.

"Hərbi xidmətə çağırış haqqında" qanun 1992-ci ildə qəbul edilib. Qanuna sonuncu dəyişiklik bu il Milli Məclisin yaz sessiyasında qəbul edilib. Sonuncu dəyişiklik və əlavəyə görə, himayəsində ikinci qrup əlil, iki övladı olanlar hərbi xidmətə çağırılırlar. Digər tərəfdən, ali məktəbin bakalavr pilləsini bitirəndən sonra magistr pilləsinə qəbulla bağlı tələbələr möhlət hüququndan məhrum olunublar.

Novruzov bildirib ki, layihədə Azərbaycan ordusunun NATO standartlarına keçidi, himayəsində iki övladı olanların həqiqi hərbi xidmətdən azad edilməsi və digər məsələlər əksini tapıb.

YAP 1992-ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 14 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti