...

Azərbaycanın baş prokurorunun səlahiyyətlərini birinci müavini icra edir

Siyasət Materials 17 Sentyabr 2007 16:37 (UTC +04:00)

Azərbaysan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Azərbaycanın baş prokurorunun səlahiyyətlərini, müvəqqəti olaraq, birinci müavini Rüstəm Usubov icra edir. Bu barədə bazar ertəsi Trend ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev məlumat verib.

Əliyev bildirib ki, baş prokuror sentyabrın 17-dən qısa müddətli əmək məzuniyyətinə çıxıb.

Baş Prokurorluqdan verilən məlumata görə, baş prokuror Zakir Qaralov sentyabrın 13-də qan təzyiqinin qəflətən qalxması ilə əlaqədar, Mərkəzi Neftçilər Xəstəxanasına qəbul olunub.

Müvafiq tibbi prosedurlar aparıldıqdan sonra, sentyabrın 15-də Zakir Qaralov evə buraxılıb.

Qeyri-rəsmi mənbələr baş prokurorun müayinə olunmaq üçün Almaniyaya getdiyini xəbər verir.

Xəbər lenti

Xəbər lenti