...

Azərbaycanın müdafiə naziri: "Gürcüstanla hərbi münasibətlərimizi dərinləşdirəcəyik"

Siyasət Materials 17 Sentyabr 2007 19:51 (UTC +04:00)

Gürcüstan,Tiflis / Trend , müxbir N.Kirtsxaliya/ Azərbaycan Gürcüstanla hərbi münasibətlərini genişləndirəcək. Bu barədə bazar ertəsi Tbilisidə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev jurnalistlərə məlumat verib.

O bildirib ki, Azərbaycan və Gürcüstan artıq sıx siyasi və iqtisadi münasibətlərə malikdir. "Biz hərbi mnasibətləri də bu tələblərə müvafiq oqlaraq yürütmək niyyətindəyik. Biz bu münasibətləri praktiki olaraq bütün istiqamətlərdə inkişaf etdirmək və dərinləşdirmək qərarına gəldik" - deyə Əbiyev bildirib.

Bu bəyanat Qəhrəmanlar meydanında Gürcüstanın azadlığı uğrunda hələk olan şəhidlərin məzarları üzərinə əklil qoyulduqdan sonra verilib.

Xəbər lenti

Xəbər lenti