...

İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçiriləcək

Siyasət Materials 18 Sentyabr 2007 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ,müxbir S.İlhamqızı/ İranda azərbaycanlıların ana dilində təhsil alması hüququnun pozulmasına etiraz olaraq, sentyabrın 23-də İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend ə Dünya Azərbaycanlıları Konqresindən (DAK) məlumat verilib.

Aksiyanın təşkilatçıları, DAK, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası, Güney Azərbaycan Milli Oyanış Hərəkatı, Azərbaycan Milli İstiqlal Partiyası və "Dalğa" Gənclər Təşkilatıdır.

İranda yeni dərs ili sentyabrın 23-dən başlayır. Qeyri-rəsmi məlumatlara əsasən, İranda 35 milyon yerli azərbaycanlı yaşayır. Onlar uzun illərdir öz milli haqları, ana dilində təhsil almaq hüquqları uğrunda mübarizə aparırlar. İran azərbaycanlılarının fars hakimiyyətinə və beynəlxalq təşkilatlara müraciətlərə baxmayaraq, azərbaycanlıların ana dilində təhsil alması tələbi yerinə yetirilmir.

Bununla əlaqədar, yeni dərs ilinin başlandığı gün İranın Bakıdakı səfirliyi qarşısında piket keçirilməsi planlaşdırılır. Aksiyada İranda yaşayan azərbaycanlıların milli haqlarının qorunması, onların təhsil hüquqlarının bərpa olunması tələbləri səsləndiriləcək.

Xəbər lenti

Xəbər lenti