...

Asim Mollazadə İtaliya parlamentinin, NATO PA və ABŞ Dövlət Departamentinin nümayəndələrilə görüşüb

Siyasət Materials 21 Sentyabr 2007 19:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə cümə günü İtaliya parlamentinin Deputatlar Palatasının xarici işlər daimi komissiyasının sədri Umberto Ranierinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə DİP-dən məlumat verilib.

Görüşdə Azərbaycan-İtaliya münasibətləri, iki ölkə parlamentləri arasında əməkdaşlıq perspektivləri, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası məsələləri müzakirə olunub.

Mollazadə, həmçinin, NATO Parlament Assambleyasının (PA) Demokratik İdarəetmə Məsələləri üzrə Alt Komitəsinin sədri Çətin Kazakla görüşüb. Bu görüşdə Azərbaycanın Avroatlantik məkana inteqrasiya perspektivləri, NATO ilə əməkdaşlıq, Azərbaycanda demokratik islahatlar və tolerantlıqla bağlı məsələlər müzakirə olunub.

Partiya sədrinin digər bir görüşü ABŞ Dövlət Departamentinin Qafqaz və regional münaqişələr İdarəsinin rəhbəri Pol Uolerslə keçirilib. Görüşdə ABŞ-Azərbaycan münasibətləri, regional münaqişələr, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılıb.

Deputat Mollazadə hər üç görüşdə qonaqlara partiyası barədə və müzakirə olunan məsələlərə dair DİP-in mövqeyi haqda məlumat verib.

Xəbər lenti

Xəbər lenti