...

Azərbaycan prezidentinin Rumıniyaya səfər proqramı açıqlanıb

Siyasət Materials 24 Sentyabr 2007 14:13 (UTC +04:00)
Azərbaycan prezidentinin Rumıniyaya səfər proqramı açıqlanıb

Rumıniya, Buxarest / Trend müxbir Y.Əliyev/ Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 24-də başlayacaq Rumıniyaya iki günlük işgüzar səfərinin proqramı açıqlanıb.

Rumıniya prezidentinin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, Buxarestə səfərin birinci günü Rumıniyada Heydər Əliyev Fondunun açılış mərasimi keçiriləcək. Həmin gün Rumıniya və Azərbaycan prezidentlərinin görüşü planlaşdırılır. Səfərin birinci gününün gündəliyinə, həmçinin Buxarestin ikinci sektorunda Azərbaycanın eks-prezidenti Heydər Əliyevin adını daşıyacaq parkın açılış mərasimi daxildir. Tədbirdə Rumıniya prezidenti Trayan Baseskunun iştirak edəcəyi gözlənilir.

Səfərin ikinci günü, sentyabrın 25-də Azərbaycan lideri Ploeşti şəhərində olan Neft-Qaz Universitetinə baş çəkəcək. 2004-cü ildə burada prezdent Əliyevə fəxri doktor dərəcəsi verilib. Prezidentin həmçinin saat və neft muzeylərinə baş çəkəcəyi də planlaşdırılıb.

Səfər zamanı dövlət başçısını ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva müşayiət edəcək.

Xəbər lenti

Xəbər lenti