...

QİƏT-ə üzv ölkələrin XİN rəhbərləri qeyri- formal görüş keçirəcəklər

Siyasət Materials 26 Sentyabr 2007 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Ramazanova/ Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QİƏT) üzv ölkələrin XİN rəhbərləri oktyabrın 2-də Nyu-Yorkda qeyri- formal görüş keçirəcəklər. Bu barədə çərşənbə günü təşkilatdan bildirilib.

Daha öndə bildirilib ki, sentyabrın 25-də Türkiyədə QİƏT üzvü ölkələrinin xarici işlər nazirləri Şurasının 17-ci toplantısı keçiriləcək.

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Qara dəniz ətrafı və Balkanlardakı 12 dövləti birləşdirən hökumətlərarası təşkilatdır. QİƏT 1999-cu ildə, 1992-ci il 25 iyun tarixli Qara dəniz Iqtisadi Əməkdaşlıq Sazişi əsasında yaradılıb. Təşkilatın mənzil- qərargahı İstanbul şəhərindədir. əQİƏT-ə Azərbaycan, Albaniya, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Ermənistan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiya və Ukrayna daxildir. 1 may 2007-ci il tarixdən təşkilata sədrlik Türkiyəyə keçib. Bu ilin noyabrından təşkilata Ukrayna sədrlik edəcək.

Xəbər lenti

Xəbər lenti