...

Polşanın iqtisadiyyat naziri Azərbaycana səfərə gələcək

Siyasət Materials 26 Sentyabr 2007 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Ağayeva/ Noyabr ayının 7-8-də iqtisadi əməkdaşlıq üzrə Azərbaycan və Polşa arasında hökumətlərarası komissiyanın ikinci iclasının keçirilməsi planlaşdırılıb. Bu barədə Varşavadan telefonla Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev məlumat verib. İclasda iştirak etmək üçün Bakıya Polşanın iqtisadiyyat naziri Pyotr Voznyakın başçılıq edəcəyi hökumət nümayəndə heyətinin gələcəyi gözlənilir.

Hazırda hər iki ölkə hökumətində iclasa hazırlıq gedir. Bu qəbildən ötən tədbir sentyabr ayında Varşavada keçirilib.

Səfirin sözlərinə görə, komissiyanın iclası ilə eyni vaxtda, Bakıda Polşa milli məhsullarının ikinci sərgisi keçiriləcək. Birinci belə sərgi ötən ilin payızında Bakıda keçirilib və bu sərgi hər iki ölkə sahibkarlarının əməkdaşlıq maraqlarının inkişafına yardım edib.Polşa ilə Azərbaycan arasında əmtəə dövriyyəsi ötən il 135 faiz səviyyəyə çatıb. Azərbaycanın Polşadakı səfirliyindən bildirilib ki, 2007-ci ilin I yarısına olan ilkin məlumatlar da ölkələr arasında ticarət əlaqələrinin genişlənməsindən xəbər verir.

Xəbər lenti

Xəbər lenti