...

Ayaqyalın gəzinti aksiyası keçirən gənclər polis bölməsində saxlanılırlar

Siyasət Materials 26 Sentyabr 2007 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanın təhsil sistemində islahatlar aparılması tələbləri ilə çərşənbə günü dinc aksiya keçirməyə cəhd göstərən "Dalğa" Gənclər Hərəkatının 17 nəfər fəal üzvü hazırda Səbail Rayon 39-cu polis bölməsində saxlanılır. Bu barədə Trend ə gənclər təşkilatının təmsilçisi Səda Həsənova məlumat verib.

Gənclər Bakının Sahil bağından başlayaraq, mərkəzi küçələrdə ayaqyalın yürüş ediblər. Gənclər, bu yolla diqqəti özlərinə cəlb edərək, təhsil sahəsindəki problemləri cəmiyyətin diqqətinə çatdırmaq niyyətində idilər.

Lakin polislər Sahil bağında aksiyaçıların bir neçəsini saxlayıb. Qalan gənclər isə, Fəvvarələr meydanına qədər yürüş edib və orada polislər tərəfindən saxlanılıblar. Həsənovanın bildirdiyinə görə, artıq iki saatdır ki, gənclər bölmədə saxlanılırlar. Onlara heç bir cərimə tətbiq olunmayıb. Polis əməkdaşları bildiriblər ki, aksiyaçıların yazılı izahatları alındıqdan sonra, sərbəst buraxılacaqlar.

Xəbər lenti

Xəbər lenti