...

İran politoloqu: "ABŞ-ın "Sepah"-ı terroristlər siyahısına salması təhlükəsizlik tədbirindən çox, iqtisadi sanksiyaya bənzəyir"

Siyasət Materials 26 Sentyabr 2007 18:29 (UTC +04:00)
İran politoloqu:  "ABŞ-ın "Sepah"-ı terroristlər siyahısına salması təhlükəsizlik tədbirindən çox, iqtisadi sanksiyaya bənzəyir"

Azərbaycan, Bakı/ Trend , müxbir D.Xatınoğlu/ ABŞ-ın, İranın ən əsas hərbi qüvvəsini təşkil edən "Sepah"-ı terroristlər siyahısına salmaq niyyəti, İranın iqtisadiyyatına zərər vuracaq. "ABŞ-ın "Sepah"-ı terroristlər siyahısına salması təhlükəsizlik tədbirindən çox, iqtisadi sanksiyadır."- deyə, İran politoloqu Əhməd Zeydabadi bildirib.

Sentyabrin 25-də ABŞ-ın Nümayəndələr Palatası ,397 səs lehinə və 16 əleyhinə olmaqla,, İranın "Sipah" hərbi qüvvəsini beynəlxalq terroristlər siyahısına salmaği dəstəkləyib. "Sipah"a yürüdülən ittihamlar İraq, Əfqanıstan və s. ölkələrdə terror aktları həyata keçirməkdir. İran rəsmiləri dəfələrlə bu ittihamları rədd edərək, bu ölkələrdə təhlükəsizliyin qorunmasına çalışdıqlarını bildiriblər.

Zeydabadi çərşənbə günü Tehrandan telefonla Trend ə bildirib ki, "Sipah" çox geniş təşkilatdır və iqtisadi, siyasi, avadanlıq, neft, nüvə sahələrində geniş fəaliyyəti var. " Qərar qəbul olunub, həyata keçirildiyi təqdirdə, İranın "Sipah" hərbi qüvvəsinin təhlükəsizliyinə, etibarına və fəaliyyətinə ciddi şəkildə ziyan dəyəcək və "Sipah"-ın xaricdə olan bank hesablari dondurulacaq və iqtisadi sahədə bağladığı müqavilələr öz dəyərini itirəcəkdir", - deyə politoloq bildirib.

Zeydabadinin fikrincə, ABŞ beynəlxalq terroristlər siyahısını o qədər genişləndirib ki, terrorçularla mübarizə planını həyata keçirməsi reallığa uyğun gəlmir. Hələlik, bu niyyət Senatda təsdiq olunmalı və prezident onu təsdiq etməlidir,bu isə, tezliklə mümkün deyil. Zeydabadinin sozlərinə qorə, təsdiq olunduğu halda, bunu həyata keçirmək çox çətin olacaq, amma İranın imicinə və "Sipah"-ın fəaliyyətinə ciddi ziyan dəyəcək". Politoloq əlavə edib ki, bununla bağlı daha iki variant ehtimal olunur. Birincisi, əgər İraqda terror aktları yaxın vaxtlarda azalsa, bu layihənin rədd olunması ehtimal olunur. İkincisi isə, bütövlükdə"Sipah" yox , İraqda terror törətməkdə ittiham olunan "Qüds" adlı şəbəkəsi terroristlər siyahısına daxil edilə bilər".

"Sipah" 1980-ci ildə, İranın dini rənbəri imam Xomeyninin təşəbbüsü ilə,yalnız sərhədləri qorumaq məqsədilə yaradılıb. Ancaq hazırda "Sipah", 150 min nəfər üzv ilə, böyük bir şəbəkəyə çevrilib. Onun siyasi, iqtisadi fəaliyyətləindən sonra, hərbi sahədə də geniş fəaliyyəti var. "Sipah"-ın hərbi şəbəkəsinin bir hissəsi"Qüds" adlanır və İraqda terror aktları həyata keçirməkdə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti