...

Gürcüstanlı politoloq: " Gürcüstanın keçmiş müdafiə nazirinin prezidentin ünvanına səsləndirdiyi ittihamlar siyasi məqsəd daşıyır"

Siyasət Materials 26 Sentyabr 2007 18:53 (UTC +04:00)
Gürcüstanlı politoloq: " Gürcüstanın keçmiş müdafiə nazirinin prezidentin ünvanına səsləndirdiyi ittihamlar siyasi məqsəd daşıyır"

Azərbaycan, Bakı / Trend /, müxbir A. Qasımova/ Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvilinin prezident Mixail Saakaşvilinin ünvanına səsləndirdiyi ittihamlar siyasi məqsədlər daşıyır. Məşhur gürcü politoloqu, sabiq prezident Şevardnadzenin keçmiş mətbuat katibi Ramaz Sakvarelidze belə hesab edir. Gürcüstan prezidentinin keçmiş silahdaşı, keçmiş müdafiə naziri İrakli Okruaşvili bir gün əvvəl televiziya efirində bəyan edib ki, dövlət başçısı Mixail Saakaşvili onunla, tanınmış biznesmen Badri Patarkatsişvilinin aradan götürülməsi ilə bağlı danışıqlar aparıb. O, Gürcüstan prezidenti Saakaşvilini "repressiya, ev və kilsələrin dağıdılması, qarət, qətl, insanların qorxudulmasında, həmçinin "korupsiya qarşı süni olaraq mübarizə aparmaqda" da ittiham edib.

Çərşənbə günü telefonla Tbilisidən Sakvarelidzenin bildirdiyinə görə, prezidentin ünvanına səslənən ittihamlar ağır ittihamlardır və Saakaşvilinin imicinə mütləq təsir göstərəcək. "Ola bilsin ki, ittihamlar prezidentin ölkə daxilindəki imcinə təsir göstərməyəcək, lakin prezidentin ölkə xaricindəki imicinə ciddi zərbə vurulub" - deyə politoloq bildirib. Politoloqun sözlərinə görə, keçmiş müdafiə naziri İrakli Okruaşvili "Vahid Gürcüstan" müxalifət partiyası yaradıb və bu partiyaya rəhbərliyi özü həyata keçirir. "Beləliklə, prezidentin ünvanına səslənən ittihamlar Okruaşvilinin imicini qaldırmaq məqsədi daşıyır" - deyə Sakvarelidze bildirib.

Patarkatsişvilinin aradan qaldırılması ittihamlarına gədikdə isə, politoloq qeyd edir ki, nazirin prezidentlə görüşünün şahidləri olmadığından, ittihamı əsassızdır. "Söhbəti iki şəxs aparıb, prezident və nazir, ortalıqda hər hansı şahid, video yazı, sənəd yoxdur, buna görə də ittihamlar hüquqi qüvvəyə malik deyil" - deyə ekspert bildirib.

Xəbər lenti

Xəbər lenti