...

ATƏT Parlament Assambleyası prezidentinin Cənubi Qafqaz bölgəsinə səfəri gözlənilir

Siyasət Materials 27 Sentyabr 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ. Əlizadə/ ATƏT Parlament Assambleyası (PA) prezidentinin Cənubi Qafqaz bölgəsinə səfəri gözlənilir, lakin hələlik səfərin dəqiq tarixi və proqramı müəyyənləşdirilməyib. Bu barədə cümə axşamı Bakıda Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova məlumat verib.

Yaxın vaxtlarda isə ATƏT PA-nın baş katibi Cənubi Qafqaz bölgəsinə səfər edəcək.

Muradova onu da bildirib ki, ATƏT PA-nın payız sessiyası çərçivəsində qurumun sədri Lenmarkerlə görüşəcəklər, artıq bununla bağlı razılıq əldə olunub. Görüşdə ATƏT PA-nın sessiyalarından birinin və ya qurumun komitə iclaslarının Bakıda keçirilməsi məsələsi, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında yaranmış vəziyyət müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti