...

Azərbaycan və Qazaxıstan hərbi sahədə əməkdaşlıq planı imzalayacaq

Siyasət Materials 1 Oktyabr 2007 14:28 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan hərbi sahədə əməkdaşlıq planı imzalayacaq

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Azərbaycan və Qazaxıstan hərbi sahədə əməkdaşlığa dair fəaliyyət planı imzalayacaq. Sənədin Qazaxıstan müdafiə naziri Danial Axmetovun oktyabrın 8-9-da Azərbaycana planlaşdırılan rəsmi səfəri zamanı imzalanması nəzərdə tutulub. Bu barədə bazar ertəsi telefonla Astanadan Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov məlumat verib.

"Yeni müdafiə nazirinin səfərində məqsəd Azərbaycan Silahlı Qüvvələri ilə tanışlıq və ikitərəfli münasibətlərin inkişafıdır" - deyə səfir bildirib.

Azərbaycan Müdafiə Nazirliyindəki görüş zamanı, həmçinin Xəzər regionunda təhlükəsizlik və "Dünya naminə əməkdaşlıq" NATO Proqramı çərçivəsində təcrübə mübadiləsi məsələlərinə diqqət ayrılacaq.

Xəbər lenti

Xəbər lenti