...

Iranlı politoloq: "ABŞ-İranın arasında müharibə söhbətləri sırf təhdid xarakteri daşıyır"

Siyasət Materials 2 Oktyabr 2007 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir D.Xatınoğlu/ İraq və Əfqanistanda olan gərgin vəziyyəti nəzərə alaraq, ABŞ-Iran arasındakı təhdidlərin müharibə ilə nəticələnməsi real deyil. "ABŞ-la İran arasında müharibə söhbətləri sırf təhdid xarakteri daşıyır"- deyə Londonda fəaliyyət göstərən iranlı politoloq .Əlirza Nurizadə (Alirza Nourizadeh) bildirib.

ABŞ-ın "Nyu-Yorker" jurnalında dərc olunmuş məqalədə, müəllif Simur Hereş bildirib ki, ABŞ prezidentinin baş müşaviri Dik Çeyni 2007-ci ilin yay aylarında keçirilən bir iclasda İranın hərbi qüvvəsi "Sepah"-ın qərargahlarını və obyektlərini raket hədəflərinə almaq üçün, onların yerlərini dəqiqləşdirmək planı barədə məlumat verib. ABŞ rəsmiləri bundan əvvəl İranın nüvə obyektlərini bombardman etmək niyyətlərini bildirmişdilər.

Nurizadə çərşənbə günü Londondan telefonla Trend ə bildirib ki, Hereş əvvəllər də belə məqalələr yazıb və dəfələrlə ABŞ-ın İrana hücum tarixini bildirib, ancaq onun proqnazlarının heç biri düz çıxmayıb.

"Məncə, ABŞ-ın "Sipah"-la bağlı ittihamları əsaslıdır; "Sepah"-ın "Qüds" və "Ettelaat" şəbəkəsinin İraq və Əfqanıstanda törətdiyi terrorlar barədə sənədlər və sübutlar var. "Sipah"-in bu iki şəbəkəsi minlərlə terror törədib. Terror aktları yalnız İraq və Əfqanıstanda yox, eləcə də Livan, Fələstin və bəzi digər ölkələrdə terrorçuları dəstəkləyir. Buna baxmayaraq, ABŞ-ın İrana tezliklə hücumu gözlənilmir. İranın İsraili hədələməsi də sırf söz-söhbət səviyyəsindədir."- O, əlavə edib ki,İran Livan deyil, Livan-İsrail arasındakı müharibə başqa statuslu idi. Livan hərbi qüvvəsi xəstəxanalardan, məscidlərdən İsrail qüvvələrinə raket atırdı. İsrail məscid yaxud xəstəxanaları hədəfə alsaydı, beynəlxalq təşkilatların ittihamları mütləqdi. Amma İran, bunun fərqindədir.

İran İsraildən uzaqdır. İranın malik olduğu raketlər -İran rəsmilərinin dediklərinə rəğmən-uzaq hədəfləri vura bilmir. İran İsrailə hücum edə bilməz. İsrail nüvə silahına yiyələnib, bundan əlavə, güclü raketdən müdafiə sistemi var.

İranın İSNA agentliyinin verdiyi məlumata görə, İran Təhlükəsizlik Şurasının sədri Əli Laricani oktyabrın 1-də bildirib ki, əgər ABŞ İraili iflic vəziyyətdə görmək istəyirsə, İrana hücum edə bilər.

İran politoloqu İsa Səhərxiz isə, çərşənbə günü Tehrandan Trend ə bildirib ki, bu hədələr sırf söz həddindədir. İran İsraili nə vura, nə də iflic edə bilər. Bu sözlərin "Daxili məsrəf"-i var, yəni beynəlxalq səviyyədə ciddi söhbət deyil.

Almaniyanın "Doyçe-vele" agentliyinin məlumatında bildirilib ki, artıq dünya bilir ki, İran ən azı 5 ilə nüvə silahına yiyələnə bilər və İranın nüvə fəaliyyəti o qədər də inkişaf etməyib. ABŞ hazırda "Sipah"-ı bəhanə tutaraq, İranla müharibəyə ciddi hazırlıq tədbirləri həyata keçirir.

Xəbər lenti

Xəbər lenti