...

Azərbaycanla Litva arasında Hərbi Əməkdaşlıq Planı imzalandı

Siyasət Materials 3 Oktyabr 2007 04:27 (UTC +04:00)
Azərbaycanla  Litva  arasında  Hərbi Əməkdaşlıq Planı  imzalandı

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Azərbaycan və Litva arasında Hərbi Əmkdaşlıq Planı çərşənbə axşamı iki ölkə müdafiə nazirləri Səfər Əbiyev və Youzas Olekas tərəfindən imazalanıb.

Azərbaycan müdafiə naziri oktyabrın 2-də Bakıda Litvalı həmkarı ilə keçirdiyi görüşdə hər iki ölkə arasındakı dostluq münasibətlərinin mövcud inkişaf səviyyəsinin qənaətbəxş olduğunu diqqətə çatdırmışdır. Bu haqda nazirliyin mətbuat xidməti zəbər yayıb.

"Litva Respublikasının NATO-ya üzv olması və onun bu yolda əldə etdiyi təcrübə Azərbaycanın maraq dairəsindədir" - deyə Azərbaycan müdafiə naziri bildirmişdir. Onun sözlərinə görə, Azərbaycan bu təcrübəni diqqətlə izləyir.

Öz növbəsində Litva Milli müdafiə naziri iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğuladı.

Xəbər lenti

Xəbər lenti