...

Azərbaycan Daxili İşlər Nazirliyi: "Caspian-Fish" şirkətində yanğın qaz balonunun partlamasından baş verib"

Siyasət Materials 3 Oktyabr 2007 14:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend E.Hüseynli/ Daxili İşlər Nazirliyi (DİN) çərşənbə axşamı Abşeron rayonundakı Atyalı qəsəbəsi ərazisində yerləşən "Caspian-Fish" şirkətində baş verən yanğınla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən çərşənbə günü bildiriblər ki, dünən saat 14.30 radələrində şirkətə məxsus tikilməkdə olan soyuducu sexində yanğına keçən partlayış nəticəsində iki nəfər ölüb və onların şəxsiyyəti müəyyənləşdirilir. Yaralılar Ağstafa rayon sakini Murad Orucov, Qobustan rayon sakini Baba Moltanov, Lənkəran rayon sakini Elnur Əliyev və Sabirabad rayon sakini Fikrət Əkbərovdur. Xəsarət alanların vəziyyətləri kafi və ağırdır.

DİN-in ilkin araşdırmalarına görə, yanğın qaz balonunun partlamasından baş verib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti