...

Azərbaycanın rayonunda 5 yeni kənd yaradılıb

Siyasət Materials 5 Oktyabr 2007 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın Qəbələ rayonunda 5 yeni kənd yaradılıb. Bu barədə Milli Məclisin Regional məsələlər daimi komissiyasının cümə günü keçirilən iclasında məlumat verilib.

Yeni yaradılan kəndlər Şəfili, Şamlı, Ovçulu, Zalan və Sollucadır. Parlamentin Regional məsələlər daimi komissiyasının sədri, deputat Arif Rəhimzadə bildirib ki, rayonlarda yeni kəndlərin yaradılması müsbət haldır. Bu təhsil, səhiyyə, sosial sahənin inkişafına kömək edir, əhalinin rahatlığı üçün də böyük əhəmiyyətə malikdir. "Bu, yeni iş yerlərinin açılması və vəzifələrin müəyyənləşdirilməsi deməkdir və ona görə də gələcəkdə rayonlarda yeni kəndlərin yaradılması prosesi davam edəcək. Azərbaycan büdcəsi buna imkan verir".

Xəbər lenti

Xəbər lenti