Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/Azərbaycan Parlamentinin komissiya sədri hesab edir ki, ölkədə proporsional seçki sisteminin bərpa olunması ilə bağlı yaxın vaxtlarda Konstitusiyada dəyişikliklər edilməsi mümkün deyil. Bu barədə bazar ertəsi Bakıda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Əli Hüseynov bildirib.
"Mən bu təklifi verənlərə 2002-ci ildə keçirilmiş referendumun nəticələrini xatırlatmaq istəyirəm. Vətəndaşlar mojaritar sistemə üstünlük verdiyi üçün bu seçimə hörmətlə yanaşmaq lazımdır. Mojaritar qaydada seçilən deputatın işi çətindir. Onlar həm qanunvericilik işləri ilə, həm də seçicilərin problemləri ilə məşğul olurlar. Ancaq proporsional siyahı ilə seçilənlər müəyyən qədər seçicilər qarşısında məsuliyyətdən kənarda qalırdılar" - deyə Hüseynov əlavə edib.
Azərbaycanda əvvəllər qarışıq-proporsional və mojaritar seçki sistemi mövcud olub və parlament seçkiləri bu sestem üzrə keçirilib. 2002-ci ilin avqustunda Konstitusiya islahatlarına dair keçirilən referendum nəticəsində proporsional seçki sistemi ləğv olunub və tam olaraq mojaritar seçki sisteminə keçilib. Hakim Yeni Azərbaycan Partiyasını təmsil edən bir necə millət vəkili, hakimiyyətyönlü Ana Vətən Partiyası, müxalifət partiyaları və beynəlxalq təşkilatlar proporsional seçki sisteminin bərpa olunmasını vacib hesab edirlər.
Komissiya sədrinin fikrincə, əgər insanlar parlamentdə iş adamı, ziyalı, iqtisadçı və ya hüquqşünas görmək istəyirlərsə, buna hörmətlə yanaşmaq lazımdır.
Hüseynov Azərbaycanda proporsional seçki sisteminin bərpa olunması ilə bağlı müzakirələrə qoşulanları vaxtilə təbliğ etdikləri qərara hörmətlə yanaşmağa çağırıb.