...

Prezident: "Azərbaycanda peşəkar menecerlərə ehtiyac var"

Siyasət Materials 8 Oktyabr 2007 13:49 (UTC +04:00)
Prezident: "Azərbaycanda peşəkar menecerlərə ehtiyac var"

Azərbaycan, Bakı / Trend müxbir A.İsmayılova/ Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Azərbaycan İqtisad Universitetinin Bakının Nərimanov rayonunda yeni kopusunun açılış mərasimində bildirib ki, Azərbaycanda dünyanın biznes mühiti ilə tanış olan menecerlərə ehtiyac var.

"Azərbaycanada adətən menecer vəzifəsini icra etmək üçün xaricdən mütəxəssislər dəvət olunur. Lakin aparıcı vəzifələri azərbaycanlılar tutmalıdır" - deyə dövlət başçsı hesab edir.

Prezident qeyd edib ki, Azərbaycanda bütün sahələrdə mütəxəssis kadrlara ehtiyac var. Prezidentin sözlərinə görə, təhsil sahəsində maddi-texniki baza ilə yanaşı tədris prosesi də təkmilləşməlidir ki, bu da əsasən müəllim və pedaqoqlardan asılıdır. Azərbaycanın dinamik iqtisadi artımını qeyd edərək prezident əlavə edib ki, Azərbaycan təhsilinin strateji inkişafı öz əksini məhz İqtisad Universitetində tapıb.

Prezident Əliyevin sözlərinə görə, ölkənin ali məktəblərinin inkişafı istiqamətində iş aparılır, islahatlar həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti