...

Azərbaycan prezidenti telekörpü vasitəsilə MDU ilə söhbət edib

Siyasət Materials 26 Sentyabr 2007 16:13 (UTC +04:00)

Rusiya, Moskva / Trend , müxbir R.Ağayev, A.Qasımova/ Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Moskva Dövlət Universitetinin (MDU) professor -tələbə heyəti ilə təşkil olunmuş telekörpüdə iştirak edib.

Telekörpü Azərbaycan prezidentinin, Dövlət İqtisad Universitetinin Bakının Nərimanonv rayonunda yeni korpusunun açılışında iştirakı zamanı baş tutub. Prezidenti Universitetin prorektoru Nikolay Semin salamlayıb. MDU-da təhsil alan Azərbaycanlı tələbələrin də iştirak etdiyi "canlı" ünsiyyət zamanı təhsil məsələləri müzakirə olunub.

Tələbələrdən birinin sualına cavab verərkən Əliyev bildirib ki, Azərbaycanın əsas sərvəti "qara" qızıl və faydalı qazıntılar deyil, Azərbaycan xalqının intellektidir.

Öz növbəsində, MDU prorektoru qeyd edib ki, öz tərbiyə və bilikləri ilə fərqlənən Azərbaycanlı tələbələr Moskva Dövlət Universitetinin ən yaxşı tələbələrindəndir.

Bu il dövlət xətti ilə MDU-ya 17 azərbaycanlı tələbə qəbul olunub. MDU-nun tələbələri arasında təqribən 150 Azərbayacan vətəndaşı var.

Xəbər lenti

Xəbər lenti