...

Bakı Fond Birjasında DQİ yerləşdirilməsi üzrə hərrac keçirilib

Siyasət Materials 8 Oktyabr 2007 20:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Oktyabrın 8-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10300517S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.

1 investor tərəfindən təqdim olunan sifarişin nominal üzrə ümumi məbləği 1 048 000 manat təşkil edib.

Sifariş 95.13% (gəlirlik 10.50%) qiymətdə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 95.13% (gəlirlik 10.50%) orta ölçülmüş qiymət - 95.13% (gəlirlik 10.50%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 1 048 000 manat məbləğində müəyyən edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 03 Aprel 2008-ci ildir.

Xəbər lenti

Xəbər lenti