...

Parlamentin payız sessiyasında "Tikinti fəaliyyəti haqqında" qanunun qəbulu nəzərdə tutulub

Siyasət Materials 9 Oktyabr 2007 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanda "Tikinti fəaliyyəti haqqında" qanun layihəsi hazırlanır. Bu barədə Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında spiker Oqtay Əsədov məlumat verib.

Əsədov qeyd edib ki, yeni qanun layihəsində tikinti fəaliyyətinin hüquqi bazası yaradılacaq.

Bundan başqa, layihədə yeni tikilən binaların sığortalanması, hər hansı səbəbdən bina çökərsə və ya icra hakimiyyəti orqanının təqdimatı əsasında məhkəmə binanın çökülməsi haqqında qərar qəbul edərsə, orada yaşayan və mənzil almış sakinlərə kompensasiya ödənilməsi kimi məsələlər əks olunub.

"Qanun layihəsi üzərində ciddi iş gedir və Milli Məclisin payız sessiyasında qəbul olunacağı gözlənilir" - deyə spiker əlavə edib.

Xəbər lenti

Xəbər lenti