...

Xəzərin statusu ilə bağlı bəyannamə layihəsinə gələn həftə Tehranda baxılacaq

Siyasət Materials 9 Oktyabr 2007 16:41 (UTC +04:00)
Xəzərin statusu ilə bağlı bəyannamə layihəsinə gələn həftə Tehranda baxılacaq

Xəzərin hüquqi statusu ilə bağlı gələcək konvensiya məsələləri üzrə 5 ölkənin (Rusiya, İran, Qazaxıstan, Azərbaycan, Türkmənistan) razılığının əldə olunması üçün nəzərdə tutulmuş Xəzəryanı dövlətlərin bəyannamə layihəsi gələn həftə Tehranda keçiriləcək Xəzər sammitində müzakirə olunacaq. Bu barədə bu gün jurnalistlərə RF-nin xarici işlər naziri Sergey Lavrov məlumat verib, RBK -nın məlumatında belə deyilir.

"Beş ölkənin prezidenti tərəfindən bəyannamənin imzalanması status məsələlərinin birdəfəlik həlli istiqamətində atılan mühüm addım olacaq" - deyə Lavrov bildirib. Nazir, həmçinin, qeyd edib ki, qarşıdakı sammitdə Xəzərin statusu ilə bağlı razılaşdırılmamış məsələlər də müzakirə olunacaq. "Biz ümid edirik ki, prezidentlər fikir mübadiləsi yolu ilə qalan məsələlərin tezliklə həll olunması üzrə apardığımız işin gələcək istiqamətini müəyyən edə biləcəklər" - deyə nazir bəyan edib.

Xəzərin təbii ehtiyatlarına 500-dən çox bitki növü və 854 növ balıq daxildir (eləcə də, dünyanın nərə balığı ehtiyatlarının 90%-i). Neft ehtiyatları isə, dünyanın neft ehtiyatlarının 2%-ni təşkil etməsinə baxmayaraq, regionun enerji təhlükəsizliyini təmin etmək üçün kifayətdir. SSRİ-nin dağılması ilə sahilyanı ölkələrir sayının ikidən beşə qədər artması nəticəsində, bütün Xəzəryanı dövlətlərin iştirakı ilə Xəzər dənizinin statusu ilə bağlı yeni müqavilənin qəbul olunmasına ehtiyac yaranıb.

Xəzəryanı dövlətlərin birinci sammiti 2002-ci ilin aprel ayında keçirilib. Sammit zamanı ikinci sammitin 2003-cü ildə Tehranda keçirilməsinə dair qərar qəbul olunub. Lakin bu vaxta qədər sammit hər il təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti