...

İranlı politoloq: "İran prezidentinin fərdi qərarları hakimiyyəti süquta yönəldir"

Siyasət Materials 11 Oktyabr 2007 16:53 (UTC +04:00)
İranlı politoloq: "İran prezidentinin fərdi qərarları hakimiyyəti süquta yönəldir"

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ İranın nüvə fəaliyyətləri ölkənin mütəmadi şəkildə təcrid olunması və sanksiyalara məruz qalması ilə nəticələnir. "İran Prezidentinin fərdi qərarı hakimiyyəti süquta yönəldir"-deyə, İran politoloqu İsa Səhərxiz(İsa Səhərxiz) bildirib.

Oktyabrın 10-da İranın sabiq nüvə təşkilatının sözçüsü Həsən Ruhani verdiyi bəyanatında, İranda 9-cü dövlətin(iqtidar partiyanın) birtərəfli və eqoist istəkləri nəticəsində, ölkənin ciddi təhlükələrlə üzləşməsi barədə nigarançılığını bildirib. İranda bir çox siyasətçilər hakimiyyətin yumşaq davranmasını lazim bilərək, ölkənin təhlükəyə atılmaması zərurətini vurğulayıblar. İran prezidenti Mahmud Əhmədinejad oktyabrın 5-də "Bəzi İran siyasətçiləri Qərbin hədə-qorxularından narahat olaraq, özbaşına müzakirəyə hazırlaşır"- deyərək, onlara xəbərdarlıq edib ki, bu məsələyə qarışmasınlar.

Səhərxiz cümü axşamı Tehrandan telefonla Trend ə bildirib ki, Əhmədinejadın ifrat siyasəti nəticəsində, ABŞ-ın müttəfiqlərinin sayı gün-gündən artır və İran tədricən təcrid olunur. "İran siyasiləri, partiya sədrləri və ekspertlər dəfələrlə nüvə fəaliyyətinin davamının nə dərəcədə təhlükəli olmasını vurğulayıblar. Nüvə texnologiyası İranın yeganə problemi deyil. Əhalinin bir çox haqları tpozulur və bunun birinci səbəbi ölkə rəhbərlərinin qeyi-diplomatik davranışları və Qərb ölkələrinin əlinə yetərincə bəhanə verməkdir"-deyə, Səhərxiz bildirib.

Iran politoloqu Əhmədinejadın Israilə qarşı sərt mövqe tutması barədə verdiyi açıqlamalarda bildirib ki, İranın əksər partiyaları və hamçinin, sabiq dövlət rəhbərləri də Fələstin-İsrail münaqişəsinin İrana dəxli olmadığını və İranın bu münaqişəyə qarışmayacağını dəfələrdə bildiriblər. İranıın Fələstin probleminə qarışmağa heç bir halda haqqı çatmır.

İran prezidenti Əhmədinejad dəfələrlə İsrailin yer üzündən silinməsi ilə bağlı bəyanat versə də, hazırda Fələstində azad referendumun keçirilməsini tələb edir.

İran politoloqu Əhməd Zeydabadinin fikrincə, "İsrailin məhv edilməsı" və "referendum" --hər ikisi bir sözdür. "Əgər İranın dediyi kimi, İsrailin 80% sonradan gəlmiş əhalisi ölkədən çıxarılsa və Fələstinin 5 milyon qaçqın əhalisi ölkəyə qayıtsa, referendumun nəticəsi bəllidir. Əhmədinejad, bu dəfə bir az qalmaqalsız, İsrailin məh olmasını tələb edib"-deyə Zeydabadi bildirib.

Səhərxiz bildirib ki, referendumdan danışılırsa, , hər şeydən əvvəl,İranın özündə referendum lazımdir. "İranın Ana Qanunu, Əhmədinejadın 2 illik uğursuz prezidentliyi, nüvə məsələsi və bir çox məsələlər referenduma çıxarılmalıdır. Əhmədinejad uğursuz və doqmatik bir siyasətlə ölkəni böyük təhlükələrə atır"-deyə Səhərxiz bildirib.

Xəbər lenti

Xəbər lenti